Ağcabədi rayon Ağgöl Milli Parkının ərazisində yaşayan İbrahimovlar ailəsi Laçın rayon Oğuldərə kəndindəndir. Deyilən ərazidə cəmi altı ev var. Lakin o evlərdə yaşayanların əksəriyyəti yaşanan su probleminə görə köçməli olublar. Şikayətçi İbrahimovlar ailəsi isə problemin öhdəsindən çətinliklə də olsa gəlməyi daha üstün tutub. Çünki ailə həmin ərazidə heyvandarlıqla məşğul olur.
Problemə aydınlıq gətirmək üçün Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə müraciət etdik. Komitənin Mətbuat xidmətinin rəhbəri İbrahim Mirzəyev məsələnin əslində nə yerdə olduğunu bildirdi.
Artıq İbrahimovların problemli günləri geridə qaldı. İnanırıq ki, bundan sonra da ailənin su ilə bağlı heç bir çətinliyi olmayacaq.