Bu ilin yanvar-may ayları ərzində Azərbaycana 8 835,04 min ABŞ dolları dəyərində 19 437,10 ton qarğıdalı idxal olunub.
Fins.az-ın Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 22,3%, həcm ifadəsində isə 47,6% azdır.
Aprel ayı ilə müqayisədə isə bu ilin mayında sözügedən məhsulların ölkəyə idxalı dəyər ifadəsində 83,6%, həcm ifadəsində isə 85,1% azalıb.
Qeyd edək ki, bu ilin ilk beş ayında qarğıdalı idxalının ümumi idxalda payı 0,20% təşkil edib.
© APA