IKT

17 İyun

Azərbaycanın daha 10 müəssisəsinə Rusiyaya pomidor ixracına icazə verilib

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti iyunun 16-dan etibarən Azərbaycanın daha 10 müəssisəsinə Rusiyaya pomidor tədarük etməyə icazə verib.

Qərar Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) zəmanəti ilə verilib.

Qeyd edək ki, bu günədək ümumilikdə Rusiyanın müvafiq qurumu tərəfindən Azərbaycanın 141 pomidor istehsalı müəssisəsindən Rusiyaya məhsul ixracına icazə verilib.