IKT

17 İyun

Azərbaycan meyvə-tərəvəz ixracını azaldıb

Bu ilin yanvar-may aylarında Azərbaycan xarici ölkələrə 206 170,83 min ABŞ dolları dəyərində 213 911,01 ton meyvə-tərəvəz ixrac edib.

Hesabat dövründə ötən ilin yanvar-may ayları ilə müqayisədə ixrac olunan meyvə-tərəvəzin dəyəri 12,8%, həcmi isə 5,7% azalıb.

Qeyd edək ki, bu ilin ilk beş ayında Azərbaycandan ixrac olunan meyvə-tərəvəz məhsulları əsasən tomat, meşə fındığı, alma, xurma, kartof və nar olub.

Hesabat dövründə 86 999,24 min dollar dəyərində 76 037,68 ton tomat ixrac edilib ki, bu da ötən ilin eyni dövrünün göstəricisini müvafiq olaraq 29,3% və 27,5% azdır.

Cari ilin yanvar-may ayları ərzində 38 576,67 min dollar dəyərində (73,9% azalma) 6 392,88 ton (azalma 24,4%) meşə fındığı ixrac olunub.

Ölkədən həmçinin 10 549,83 min dollar dəyərində 24 062,89 ton alma ixrac olunub ki, bu göstərici üzrə dəyər olaraq 19,9%, həcm olaraq isə 15,3% artım müşahidə olunub.

Bu il ölkədən 31 865,68 min dollar dəyərində (2,2 dəfə artım) 42 342.91 ton (2,3 dəfə çox) xurma ixrac olunub.

İxrac üzrə hesabata cari ilin yanvar ayından etibarən nar, may ayından etibarən isə kartof məhsulları daxil edilib. Bu kateqoriya üzrə ilin ilk beş ayında 2 986,81 min dollar dəyərində 1 910,83 ton nar və 21 357,66 min dollar dəyərində 49 978,52 ton kartof məhsulu ixrac olunub.