Bu ilin yanvar-may ayları ərzində Azərbaycan ümumi dəyəri 3 684,85 min ABŞ dolları dəyərində 481,58 ton çay ixrac edib.
Ötən ilin analoji dövrü ilə müqayisədə cari ilin ilk beş ayında ölkədən ixrac edilən çayın dəyəri 11,1%, həcmi isə 22,7% azalıb.Hesabat dövründə çayın ümumi ixracdakı payı cəmi 0,05%, qeyri-neft məhsullarının ixracında olan çəkisi isə 0,41%-ə bərabər olub.
Bununla yanaşı, hesabat dövründə Azərbaycana ümumi dəyəri 22 945,32 min dollar dəyərində 5 760,55 ton çay idxal olunub. Ötən ilin eyni dövrü ilə müqayisədə çay idxalının dəyəri 13,1%, həcmi isə 6,7% artıb.
Hesabat dövründə çayın ümumi idxaldakı payı 0,52% təşkil edib.
Cari ilin yanvar-may aylarında (ötən ilin eyni göstəricisi ilə müqayisədə) ölkənin çay idxalı ixracı dəyər ifadəsində 6,2 dəfə, həcm ifadəsində isə 12 dəfəyədək üstələyib.