Bu ilin yanvar-may aylarında Azərbaycan xarici ölkələrə 86,999 mln. ABŞ dollar dəyərində 76 037,68 ton tomat ixrac edib.
İxrac edilən tomatın həcmi ötən il ilə müqayisədə 27,5% azalıb. Dəyər ifadəsində isə xaricə göndərilən tomatların məbləği 29,3% azalıb.
Qeyd edək ki, bu il pomidor ixracının ümumi ixracdakı payı 1,17%, qeyri-neft ixracındakı payı isə 9,59% təşkil edib. Bu ötən il ilə müqayisədə müvafiq olaraq 0,6 faiz bəndi və 7,47 faiz bəndi azdır. İxrac olunan pomidorun bir kiloqramı ortalama 1,14 dollara (1,94 manat) bərabər olub.
Xatırladaq ki, Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin tətbiq etdiyi yoxlamalar nəticəsində bir sıra Azərbaycan şirkəti bu il Rusiyaya pomidor ixrac edə bilməyib. 15 iyun tarixindən 31 pomidor və 24 alma istehsal edən Azərbaycan şirkətinə dəmiryol vaqonları ilə Rusiyaya məhsul tədarük etməyə icazə verilib. Bu ilin 1 oktyabr tarixindən etibarən Azərbaycandan Rusiyaya alma və pomidorların konteynerlə daşınmasına keçidi nəzərdə tutulur.