IKT

08 İyun

"Meliorasiya və Su Təsərrüfatı" yayda suvarmada gözləntilərini açıqlayıb

“Cari ildə ölkənin su anbarlarında ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 milyard 170 milyon kubmetr artıq su yığılıb. Bu, bizə builki suvarmanı normal həyata keçirməyə imkan verir”.

Bunu  Azərbaycan "Meliorasiya və Su Təsərrüfatı" ASC-nin sədr müavini Rafiq Aslanov deyib.

Onun sözlərinə görə, ötən il Kür çayı boyunca Neftçala ərazisində dənizin suyu Kür çayına diffuziya edir: “Kür çayından suyu az buraxırdıq, çünki suya qənaət edirdik. Ötən illə müqayisədə artıq su yığılması hesabına hazırda diffuziya əlaməti müşahidə edilmir. İnanıram ki, bu ilin sonuna qədər anbarlarda yığılan artıq suyun hesabına Neftçala rayonunda diffuziya baş verməyəcək”.

Sədr müavini xatırladıb ki, ötən il Şirvan kanalında göldə suyun az olması ilə bağlı çətinlik yaşanırdı: “Şirvan kanalı 11 rayonu əhatə edir. Bu il artıq yığılmış suyun hesabına bu cür çətinliklər yaşanmır. Ötən ilə nisbətən xeyli su yığıldığı üçün bu ərazilərdə suvarılmada problemlər gözlənilmir. İnanıram ki, ilin sonuna qədər də suvarılmada hər hansı ciddi çətinliklər olmayacaq”.

Xatırladaq ki, bu il təqribən 1 milyon 400 min hektar əkin sahələrinin suvarılması nəzərdə tutulub.

© Report