“Son illər enerji içkisi adı ilə istehlak olunan məhsulun miqdarı xeyli artıb. Xüsusilə yay aylarında bundan geniş istifadə olunur”.
Fins.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Aparat rəhbəri Elxan Mikayılov bildirib. Onun sözlərinə görə, əvvəllər norma olmadığına görə istehsalçı müəssisələr enerji içkilərinin tərkibində stimullaşdırıcı komponentləri istədikləri qədər yerləşdirə bilirdilər. Bu isə istehlakçıların həyat və sağlamlığına təhlükə yaradırdı. 2019-cu ildən bu məsələ enerji içkilərinə dair tələbləri özündə əks etdirən sanitariya norma və qaydaları ilə tənzimlənməyə başlayıb.
İş elanları
E.Mikayılov deyib ki, AQTA tərəfindən bu yaxınlarda müxtəlif regionlarda çeşidli markalardan nümunələr götürülərək monitorinqə cəlb edilib: “Bir sıra enerji içkilərində kofeinin miqdarı 15-dən aşağı olduğuna görə, artıq enerji içkisi yox, adi sərinləşdirici içkidir. Amma bir sıra hallarda, o cümlədən markalanma ilə bağlı məsələlərdə istehlakçıların aldadılması hallarına da rast gəlmişik. Bəzən məhsulun qablaşdırılmasında kofein bəyan edilir, digər maddələr məqsədli şəkildə bəyan edilmir, çünki digər maddələr də bəyan edilsə, o, artıq enerji içkisi sayılacaq. İlk növbədə markalanmada enerji içkisi olduğu bəyan edilməlidir, istehlakçılar bunu bəyan etmir, əksinə nələr enerji içkisi sayılmırsa, onu qeyd edirlər. Bu da istehlakçıların aldadılmasıdır”.
(c)APA