Bu ilin yanvar-may aylarında Türkiyənin kənd təsərrüfatı məhsullarının ixracı ötən ilin eyni dövrünə nisbətdə 18,2% artaraq 11,57 mlrd. ABŞ dollarına çatıb.
Fins.az-ın "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə İxracatçılar Birliyinin hesabatında deyilir.
Qeyd olunur ki, hesabat dövrdə bu göstərici kənd təsərrüfatı sektorunun ixracı üzrə ən yüksək göstərici hesab olunur. Belə ki, ixrac ilk dəfə olaraq 10 mlrd. dolları ötüb.
Cari ilin may ayında Türkiyənin ixracı 2020-ci ilin eyni ayına nisbətdə 65,5% artaraq 16,48 mlrd. dollar olub. İlin əvvəlindən isə artım 38,3% təşkil edib – 85,219 mlrd. dollar.
Bu ilin yanvar-may aylarında Türkiyədən kənd təsərrüfatı məhsullarının ixracı ölkənin ümumi ixracatının 13%-ni təşkil edib.