IKT

31 May

Ölkə üzrə taxıl biçininə 2000-dək kombayn çıxarılacaq - FOTO

“Aqroservis” ASC regionlarda taxıl biçininə hazırlıqla bağlı maarifləndirmə tədbirlərinə start verib. Növbəti görüş Füzuli rayonunda gerçəkləşib.

Görüşlərə Ağcabədi, Tərtər, Bərdə, Ağdam, Zərdab, Yevlax və Füzuli rayonlarından başlanıb.

“Aqroservis” ASC-nin əməkdaşı Aytəkin Məmmədova Füzulidə fermerlərlə görüş zamanı bildirib ki, əsas məqsəd fermerlərin biçinə hazırlığını təmin etməkdir. Biçin zamanı yanğın təhlükəsizliyi qaydalarına və növbəlilik sisteminə riayət edilməsi ilə bağlı kənd və qəsəbələrdə vətəndaşlarla görüşlər keçirilir və onlara zəruri məlumatlar verilir. İlk növbədə, ötən il biçinlə bağlı daha çox müraciətin daxil olduğu kənd və qəsəbələrdə yaşayan fermerlərlə görüşlər keçirilib. May ayının sonundan ölkə üzrə taxıl biçininə başlanılacaq. Biçinin itkisiz və mütəşəkkil həyata keçirilməsi üçün “Aqroservis” mexanizatorlar üçün təlimlər təşkil edib, kombaynlarda sazlama işlərini tamamlayıb və GPS nəzarət sistemi quraşdırıb. Biçin prosesində növbəlilik sistemi icra nümayəndəlikləri və bələdiyyələr tərəfindən təmin olunacaq biçinə və növbəlilik sisteminə nəzarəti Dövlət Aqrar İnkişaf mərkəzləri həyata keçirəcək. Görüş zamanı fermerlərin sualları cavablandırılıb, qarşıya çıxa biləcək məsələlərin həlli istiqamətində fikir mübadilələri aparılıb”.

Qeyd edək ki, ölkə üzrə biçinə, ümumilikdə, 2000-dək taxılbiçən kombayn cəlb olunacaq. 700-dək kombayn “Aqroservis” ASC-nin, 1284 ədədi isə fiziki şəxslərin və iri təsərrüfat sahiblərinin texnikalardır.