IKT

26 May

BMT-nin Ərzaq Sistemləri Sammiti üzrə ilk milli dialoq görüşü baş tutub

2030-cu ilə qədər BMT-nin 17 Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün BMT-nin Baş katibi on illik tədbirlər çərçivəsində 2021-ci ilin sentyabr ayında BMT-nin Ərzaq Sistemləri üzrə Sammitin görüşünün açılış tədbirində iştirak edəcək. Sözügedən Sammit dünya ölkələrinin ərzaq sistemlərini daha güclü və bərabər səviyyəyə gətirərərək həll yollarını müəyyənləşdirmək ərzaq sistemlərində müsbət dəyişikliklərin əldə edilməsini hədəfləyir.

BMT-nin Ərzaq Sistemləri üzrə Sammiti öncəsində və sonrasında müxtəlif maraqlı tərəfləri bir araya gətirilməsi ilə Milli Dialoqların keçirilməsi planlaşdırılır. Azərbaycanda keçirilən ilk milli dialoq görüşündə müxtəlif maraqlı tərəflər bir araya gələrək ölkənin ərzaq sistemləri, ərzaq təhlükəsizliyi, kənd təsərrüfatının inkişaf perspektivləri üzrə məsələlər müzakirə edildi. “Ərzaq sistemlərinin gücləndirilməsi ilə yalnız ərzaq təhlükəsizliyinə deyil həmçinin dayanıqlı ərzaq təchizatı sistemlərinə, sağlam qidaya həmçinin dayanıqlı inkişaf məqsədləri gündəliyinə nail olmuş olarıq” BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Azərbaycan üzrə nümayəndəsi Mələk Çakmak öz sözlərində bildirib.

Tədbirin açılış mərasimində çıxış edən Kənd Təsərrüfatı Nazirliyinin Nazir müavini İlhamə Qədimova – “Bu gün dayanıqlı inkişaf məqsədlərinin ərzaq təhlükəsizliyi və dayanıqlı kənd təsərrüfatını təmin etmək istiqamətində hökumət beynəlxalq təşkilatlarla, xüsusilə FAO ilə sıx əməkdaşlı edir və bu kimi mötəbər tədbirlərin, müzakirələrin keçirilməsi həqiqətəndə bizlərin fəaliyyətlərini daha faydalı və səmərəliliyini təmin edir.”deyə öz sözlərində bildirib.

Tədbir daha sonra iştirakçıların sualları və ümumi müzakirələr istiqaməti üzrə davam edib.

Milli dialoqun digər vacib bir istiqaməti ərzaq sistemlərinə fərqli yanaşmaları tətbiq etmək, dialoqlarda müxtəlif sahələrdən tərəflərin iştirakı təmin etmək, günün çağırışlarına uyğun inkişaf perspektivlərini müəyyən edən strategiyalar formalaşdırmaq və çox tərəfli həmçinin dayanıqlı ərzaq sistemləri üzrə bəzi konkret mərhələləri müəyyənləşdirmək idi.