Builki mövsümdə Oğuz rayonunda 230 hektar sahədə tütün əkilməsi nəzərdə tutulur. Hazırda təsərrüfatlarda tütün əkini mütəşəkkil davam etdirilir. Fermerlər indiyədək 166 hektar sahəyə tütün şitilləri köçürüblər.
Bu barədə Oğuz Dövlət Aqrar İnkişaf Mərkəzinin direktor müavini Akif Adıgözəlov məlumat verib.
Qurum rəsmisi bildirib ki, oğuzlu fermerlər ötən il olduğu kimi, bu il də əsasən “Virciniya botaniki” növlü tütün yetişdirəcəklər. Tütün istehsalı ilə əlaqədar 65 fermerlə müqavilə bağlanılıb.
Xatırladaq ki, ötənilki mövsümdə oğuzlu fermerlər 269 hektar sahədən 548,5 ton quru tütün əldə ediblər. Tütün əkini sahələri əvvəlki illə müqayisədə 2,4 dəfədən çox, məhsul istehsalı isə 332,9 ton artıb.
Mərkəzin direktor müavininin sözlərinə görə, hazırda rayonun təsərrüfatlarında qarğıdalı əkini də davam edir. Bu il rayonda 260 hektar sahədə dən üçün qarğıdalı əkilməsi nəzərdə tutulur. İndiyədək təsərrüfatlarda 140 hektar sahədə qarğıdalı əkilib