IKT

24 May

“Tərəqqi” medallı fermer

Masallı rayonunun Əhmədli kənd sakini, “Tərəqqi” medallı fermer Hadı İsmayılov hələ gənc yaşlarından kənd təsərrüfatı ilə məşğuldur. Əkinçilik sahəsi üzrə ixtisaslaşmış kənd təsərrüfatı mütəxəssisi uzun müddətdir ki, kənd təsərrüfatı məhsullarının istehsalı ilə də məşğul olur.

Fins.az xəbər verir ki, Hadı İsmayılovun başçılıq etdiyi fermer təsərrüfatında bu il 1 hektar sahədə çiyələk, 3 hektar sahədə isə kartof əkilib.

Kollektivin üzvləri çiyələk sahələrindən 500 kiloqramdam çox nübar məhsul yığıblar. Məhsul istehsalçıları yığılan məhsulun satış qiymətindən də razıdırlar.

Fermer Hadı İsmayılovun başçılıq etdiyi kollektivin üzvləri hazırda çiyələk yığımı ilə yanaşı, kartof sahələrini becərir, suvarma işlərini davam etdirirlər.

Bu il fermer təsərrüfatında bol məhsul olduğunu söyləyən H.İsmayılov, yetişdirilən məhsulların keyfiyyətindən razı qaldığını bildirib: “Yetişdirdiyimiz məhsullar öz dadı və keyfiyyəti ilə fərqlənir. Çiyələyi xüsusi qaydada yetişdiririk. Bu sahədə 20 ildən çoxdur ki, təcrübəmiz var. Yetşdirdiyimiz məhsullara heç bir kimyəvi maddə vurmuruq. Alıcılar da təsərrüfatımızda yetişdirilən məhsullardan razılıq edirlər”.

O qeyd edib ki, hər bir iş zəhmət tələb edir. “Fermer təsərrüfatı yaratmaq elə də asan deyil. Lakin dövlətimizin bu sahədə çalışan insanlara göstərdiyi dəstək bizi daha da həvəsləndirir. Gələcək illərdə əkin sahəsini daha da genişləndirərək, daha çox məhsul yetişdirməyi planlaşdırıram”, - deyə fermer bildirib.