Bu il Balakən rayonunun təsərrüfatlarında 7 min 520 hektar sahədə dən üçün qarğıdalı əkilməsi nəzərdə tutulur. Hazırda təsərrüfatlarda qarğıdalı əkini yekunlaşmaq üzrədir. Torpaq mülkiyyətçiləri bu günədək 7 min 50 hektar sahəyə qarğıdalı əkiblər. Bu, proqnozlaşdırılan əkin sahəsinin 93,7 faizini təşkil edir.
Bu barədə Balakən Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Şahin Rəhimli məlumat verib.
Qeyd edək ki, hazırda Balakən rayonu qarğıdalı bitkisinin əkin sahəsinə və istehsal olunan məhsulun həcminə görə respublikada ön sırada yer alır. Ötənilki mövsümdə balakənli fermerlər 7 min 515 hektar sahədən 46 min 288 ton dən qarğıdalı tədarük ediblər. Hər hektardan orta hesabla 61,6 sentner məhsul götürülüb. Qarğıdalı istehsalı əvvəlki illə müqayisədə 2 min 115 ton artıb.