IKT

21 May

Qarabağda intensiv bağların xəritə üzərində vektorlaşdırılması işləri aparılır​

Qarabağ ərazisində kənd təsərrüfatı üçün yararlı torpaqların müəyyənləşdirilməsi, zəruri texnika və istehsal vasitələrinin, heyvanların saxlanılması və mühafizəsi, fitosanitar və epizodik vəziyyətin ilkin qiymətləndirilməsinin, intensiv bağların yerinin müəyyənləşdirilməsinin həyata keçirilir.

Fins.az xəbər verir ki, bunu Kənd Təsərrüfatı naziri İnam Kərimov “Qarabağın biomüxtəlifliyi, torpaq və su ehtiyatları: keçmişi, bugünü və gələcəyi” mövzusunda onlayn konfransda çıxış edərkən deyib.

Onun sözlərinə görə, hazırda nazirliyin əməkdaşları tərəfindən peyk məlumatları əsasında faktiki əkin yerlərinin, çoxillik intensiv bağların xəritə üzərində vektorlaşdırılması işləri aparılır.
“Bölgənin torpaq və su ehtiyatları, biomüxtəliflik göstəriciləri ilə bağlı elmi tədqiqatların aparılması bu resurslardan səmərəli istifadəyə imkan verəcək”, - deyən İ.Kərimov işğaldan azad edilən ərazilərin aqrar potensialının müəyyən olunması ilə bağlı aparılan elmi tədqiqat işləri üzrə AMEA ilə birgə əməkdaşlıq əlaqələrinin qurulduğunu bildirib, elmi bazaya əsaslanan səmərəli fəaliyyət nəticəsində Qarabağ bölgəsinin Azərbaycanın aqrar sektorunda mühüm yerə sahib olacağını qeyd edib.