IKT

20 May

Kənd təsərrüfatının ümumi məhsulu 2,3 faiz artıb

Cari ilin əvvəlindən mayın 1-dək tarlalardan 44,5 min ton və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,1 faiz çox kartof, 108,8 min ton və ya 1,8 faiz çox tərəvəz toplanıb.

Dövlət Statistika Komitəsindən bildirilib ki, ötən ilin yanvar-aprel ayları ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 2,3 faiz, o cümlədən heyvandarlıq məhsulları istehsalı 2,3 faiz, bitkiçilik məhsulları istehsalı isə 2,6 faiz artıb.