Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Şamaxı şəhəri, N. Nərimanov küçəsində fəaliyyət göstərən çörək və unlu məmulatların istehsalı sexində yoxlama keçirilib.
AQTA-dan verilən məlumata görə, yoxlama zamanı müəssisədə sanitar-gigiyenik vəziyyətin qənaətbəxş olmadığı, işçi heyətin tibbi müayinəyə cəlb olunmadığı, həmçinin mütəmadi olaraq dezinfeksiya, dezinseksiya, deratizasiya işlərinin aparılmadığı aşkar olunub. Aşkar olunmuş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq tədbirlər görülüb.