Son illər Neftçalada mal-qaranın cins tərkibinin yaxşılaşdırılması istiqamətində xeyli iş görülüb. Bu məqsədlə xarici ölkələrdən yüz başlarla ətlik və südlük istiqamətli düyələr gətirilir, süni mayalanma məntəqələrinin şəbəkəsi genişləndirilir. Süni mayalama yolu ilə doğulan hər baş buzov üçün dövlət tərəfindən 100 manat subsidiya verilməsi təsərrüfat sahiblərində heyvandarlığın inkişafında bu yoldan geniş istifadə etməyə marağı daha da artırıb.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildiriblər ki, hazırda Neftçalada 9 süni mayalanma məntəqəsi fəaliyyət göstərir və ötən il bu məntəqələrin mütəxəssisləri tərəfindən mayalanma aparılmış 4 min 61 baş inək və düyədən cari ilin dörd ayı ərzində 650 baş buzov alınıb. Doğulan buzovlara görə maldarlara 6 min 500 manat subsidiya ödənilib.
Qeyd edək ki, hazırda Neftçalanın heyvandarlıq təsərrüfatlarında 40 min başdan çox iribuynuzlu mal-qara saxlanılır. Bunların da əksəriyyəti süni mayalanma yol ilə cins tərkibi yaxşılaşdırılmış məhsuldar heyvanlardır.