IKT

18 May

Taxıl sahələrində biçin kampaniyasına start verilir

Cəlilabad Azərbaycanın ən böyük taxılçılıq rayonlarından biridir. Məhsul istehsalçılarına dövlət dəstəyinin genişləndirilməsi sayəsində rayonda taxılçılıq ildən-ilə inkişaf edir. Ötən il rayonun taxıl sahələrində 54 min 908 hektarda buğda, 4 min 504 hektarda arpa, 3 min 824 hektarda vələmir əkilib. Taxıl sahələrindən 154 min 773 ton məhsul tədarük olunub. Hər hektardan götürülən məhsuldarlıq 28 sentner təşkil edib.

Bu barədə Cəlilabad Rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Rahib Kərimov məlumat verib.

Cari ildə rayonda əkin sahələrinin genişləndirilərək 66 min 570 hektarda payızlıq taxılın əkildiyini söyləyən Mərkəzin direktoru, bunun 56 min 500 hektarının buğda, 5 min 200 hektarının arpa, 4 min 870 hektarının isə vələmir sahələri olduğunu bildirib.

Rayonun taxıl sahələrində aqrotexniki qulluq işlərinin başa çatdığını qeyd edən R.Kərimov iyunun 5-də Cəlilabadda biçin kampaniyasına start veriləcəyini diqqətə çatdırıb.