Lənkərandakı “Yaşıl cay” MMC-nin çay plantasiyalarında birinci məhsul yığımına başlanılıb.
Fins.az xəbər verir ki, Lənkəran rayonunun İstisu qəsəbəsində yerləşən 50 hektar çay plantasiyasında birinci yığım kampaniyasında 60 nəfərə yaxın könüllü də iştirak edib.
Təsərrüfatın rəhbəri, fermer Araz Yaqubovun sözlərinə görə, ilboyu çay plantasiyalarına düzgün aqrotexniki qulluq göstərilsə və havalar əlverişli keçərsə, oktyabr-noyabr ayına qədər hər hektardan 5 ton çay tədarük etmək mümkün olacaq.
Bildirib ki, keyfiyyətli çay əldə etmək üçün düzgün aqrotexniki qulluqla yanaşı, emal prosesini də günün tələblərinə uyğun həyata keçirmək lazımdır.
© azertac