Azərbaycan Arıçılar Assosiasiyası bu il ölkədə 6 min ton bal istehsal olunacağını proqnozlaşdırır.
Bunu açıqlamasında Assosiasiyanın sədri Bədrəddin Həsrətov bildirib.
“İlk balın süzülməsini iyunun 15-nə qədər planlaşdırırıq”, - deyə o qeyd edib.
Sədr həmçinin bildirib ki, gələcəkdə Qarabağın hesabına illik bal istehsalı təxminən 4 min ton arta bilər: “İşğaldan azad olunmuş ərazilərdə arıçılığın bərpası ilə biz ölkədə 10 min ton bal istehsal olunacağını gözləyirik”.Report