IKT

08 May

Bakının pərakəndə ticarət şəbəkəsində ərzaq məhsullarının çəkisi artıb

Cari ilin birinci rübündə paytaxtın pərakəndə ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri 2020-ci ilin müvafiq dövrünün səviyyəsindən real ifadədə 10,3 faiz artaraq 2 milyard 749,7 milyon manat təşkil edib.

Bakı Şəhər Statistika İdarəsindən verilən məlumata görə, dövriyyənin ümumi həcmində ərzaq məhsullarının xüsusi çəkisi ötən ilin eyni dövrü ilə müqayisədə 4,8 faiz artaraq 51,2 faiz olub.