IKT

08 May

Suvarma suyuna olan tələbat ödənilir? - VİDEO

Bərdə Subartezian Quyularının İstismarı İdarəsi tərəfindən rayon ərazisində qazılan subartezian quyuları sakinlərin və fermerlərin suya olan tələbatını tam şəkildə ödəyir. Bu quyuların saz vəziyyətdə saxlanılması, davamlı olaraq fəaliyyətinin təmin olunması üçün mütəmadi işlər aparılır.

Quyuların dərinlik nasosları sıradan çıxdıqda, təmirə ehtiyacı olduqda dərhal rayon Subartezian Quyularının İstismarı idarəsinin əməkdaşları tərəfindən quyuya baxış keçirilir və həmin nasoslar idarənin təmir sexinə gətirilərək saz vəziyyətə salınır.

Rayonda əkilən pambıq, taxıl, yonca, günəbaxan, çuğundur və bostan bitkiləri, o cümlədən meyvə bağlarının sahəsi ildən-ilə artırılır. Fermerlərin sözlərinə görə, Bərdədə yay fəsli quraq keçdiyindən məhsuldarlıq az olurdu. Qazılan subartezian quyuları vasitəilə ilə sahələrdən bol məshul əldə olunur.

Qeyd edək ki, Bərdə Subartezian Quyularının İstismarı İdarəsinin xidməti sahəsi Bərdə rayonu ilə yanaşı Yevlax rayonunun da bir hissəsini əhatə edir. Yevlaxda qazılan 83 subartezian və 5 ədəd artezian quyusu hesabına 1200 hektar əkin sahəsi suvarılır.