IKT

08 May

Fermerlərin mülkiyyət hüququ problemi - VİDEO

Bu il payızlıq əkinlərlə bağlı 306 mindən çox fermer 969 min hektardan artıq ərazidə payızlıq əkinlərin aparılması ilə bağlı elektron kənd təsərrüfatı sisteminə öz torpaq sahəsi əkəcəyi məhsulla bağlı məlumat yerləşdirib.

Bu məlumatların sistemə yerləşdiriməsi ilə bağlı fermerlərə 2021-ci il yanvarın 31-nə qədər vaxt verilmişdir. Lakin 306 min fermerin 96 fazizinə subsidiyalar verilib, 12 faizə yaxını məlumatları verilən vaxtdan sonra, yəni gecikdirərək həyata keçirdiklərinə görə, onların subsidiyalar almasında müəyyən problemlər yaranıb. Məsələyə aydınlıq gətirən Aqrar Xidmətlər Agentliyinin sədri Mirzə Əliyev bildirid ki, onların müəyyən hissəsinin subsidiyaları ödənilib.

Aqrar Xidmətlər Agentliyinin sədri Mirzə Əliyev yerdə qalan digər fermerlərin subsidiyalar əldə edə bilməməsinə də aydınlıq gətirdi. Bildirid ki, 4 faizə yaxın fermerin torpaq sənədlərində ciddi problemlər var.

Aqrar Xidmətlər Agentliyinin rəsmisi bildirid ki, torpaq sənədlərində problem olduğuna görə, subsidiyalar ala bilməyən fermerlərə sənədlərində düzəliş etçəsi tapşırılıb. Bank kartlarını əldə etdikdən sonra fermerlər subsidiyalarını ala biləcəklər. Amma müıkiyyət hüququ olamayan şəxslər isə təəssüf ki, bundan kənarda qalacaqlar.