Nazirlər Kabineti Kənd Təsərrüfatı Nazirliyinin strukturunun təkmilləşdirilməsi və “Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın təsdiq edilməsi haqqında” 19 dekabr 2018-ci il tarixli qərarına etdiyi dəyişikliyi şərh edib.
Şərhdə bildirilir:
Qərarıa nazirliyin strukturuna daxil olan və olmayan tabeliyindəki qurumların strukturunun təkmilləşdirilərək onların bazasında yeni qurumların yaradılması ilə bağlı tədbirlər nəzərdə tutulub. Qərar aqrar sahənin inkişafının təmin edilməsi, bu sahədə idarəetmənin müasir dövrün tələblərinə uyğunlaşdırılması, o cümlədən Nazirliyin strukturunun təkmilləşdirilməsi, effektiv tənzimləmə sisteminin qurulması, göstərilən dövlət xidmətlərinin optimallaşdırılması və həyata keçirilməsində keyfiyyətə nəzarətin təşkili, elm, istehsal və xidmət sahəsində fəaliyyətin mövcud qanunvericiliyin tələblərinə uyğun tənzimlənməsi məqsədilə hazırlanıb.
Qeyd edək ki, qərara əsasən, Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki Beyləqan, Gəncə, Kürdəmir, Quba, Lənkəran, Salyan, Şəki və Tərtər Regional Aqrar Elm və İnnovasiya mərkəzlərinin əsasında Aqrar Təlim Mərkəzi yaradılsın və Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin (bundan sonra - Agentlik) tabeliyinə verilib.
Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki Epizootiya və Zoonoz xəstəliklər Əleyhinə Respublika Ekspedisiyasının, Dəmir yolunda Dövlət Baytarlıq İdarəsinin və rayon (şəhər) baytarlıq idarələrinin əsasında Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzi yaradılsın və Agentliyin tabeliyinə verilib.
Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki Respublika Bitki Mühafizəsi Mərkəzinin, Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin və Cəngi pestisid poliqonunun əsasında Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzi yaradılsın və Agentliyin tabeliyinə verilib.
Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki Abşeron, Bərdə, Göygöl, Quba, Lənkəran, Sabirabad, Salyan, Şamaxı, Şəki, Tovuz və Ucar Regional Aqrokimya laboratoriyaları Agentliyin tabeliyində olan Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzinə birləşdirilib.
Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki 3-cü Biotəhlükəsizlik Səviyyəli Mərkəzi Referens Laboratoriyası Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Baytarlıq Elmi-Tədqiqat İnstitutunun tabeliyinə verilib.
Azərbaycan Təcrübə-Sınaq və Təmir Zavodu “Aqroservis” ASC-nin tabeliyinə verilib.
Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki “Kənd həyatı” qəzetinin redaksiyasının adı dəyişdirilərək, “Aqroinfo” qəzetinin redaksiyası adlandırılıb.
Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki “Azərbaycan Aqrar Elmi” jurnalının redaksiyası və “Aqroinfo” qəzetinin redaksiyası nazirliyinin tabeliyində “Aqrar Tədqiqatlar Mərkəzi” publik hüquqi şəxsin tabeliyinə verilib.
Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki Aqrar Elm və İnnovasiya Mərkəzinin adı dəyişdirilərək, Aqrar İnnovasiya Mərkəzi adlandırılıb.
Müəyyən edilib ki, yeni yaradılan qurumların saxlanılması üçün tələb olunan xərclər dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərində Kənd Təsərrüfatı Nazirliyi üçün nəzərdə tutulmuş vəsaitlər hesabına həyata keçirilir.
Kənd Təsərrüfatı Nazirliyi bu qərarla yaradılan qurumların, habelə Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzinin əsasnamələrini (nizamnamələrini), strukturlarını və birləşdirilən qurumların işçilərinin say həddi daxilində ştat cədvəllərini təsdiq etməlidir.
Ədliyyə Nazirliyi, Maliyyə Nazirliyi və İqtisadiyyat Nazirliyi ilə birlikdə bu Qərardan irəli gələn digər məsələləri həll etməlidir.