IKT

07 May

Yumurtanı yumaq lazımdır? - EKSPERT MƏSLƏHƏTİ

Yumurtaları nə üçün otaq temperaturunda deyil, soyuducuda saxlayırıq?

ABŞ, Avstraliya və Yaponiyada satın alınan yumurtaların soyuducuya qoyulmamışdan əvvəl sabunlu isti su ilə yuyulması məsləhət görülür. Çünki yumurtalarda Salmonella adlı bakteriya olması ehtimalı var. Əslində yumurtanın hansında bakteriyanın olub olmadığını bilmək olmur, ona görə də yuyulub saxlanılması təhlükəni azaldır. Ancaq 2 problem ortaya çıxır. Birincisi, əgər soyuducuya qoymadan əvvəl yumurtanı yuyuruqsa onda ömrü daha da qısalır. İkincisi, əgər üzərində Salmonella bakteriyası varsa soyuducuya qoysaq da bakteriya ölmür, yavaşlayaraq dayanır.

Yumurtaları yuyanda üzərində olan qoruyucu qata zərər dəyir, mikroorqanizmlərə qarşı həssas olur. Ona görə də mütləq soyuducuya qoymaq lazım gəlir. Karton qabdan çıxarılmış, yuyulmuş yumurta isə çox davamlı ola bilmir. Amma Siz yumurtanı yumursunuzsa soyuducuya qoymaq lazım deyil. Otaq temperaturunda 2-3 həftə xarab olmadan saxlamaq olar.

Adını çəkdiyim ölkələrdən başqa digər ölkələrdə toyuqlara peyvənd vurulur və infeksiya yayılma riskinin qarşısı alınır. Ona görə də yuyulmasına və soyuducuya qoyulmasına ehtiyac yoxdur. Amma yenə də yumurtanı yuyaraq saxlamaq istəyirsinizsə o zaman soyuducuya qoymadan əvvəl yox, istifadə etməmişdən əvvəl yumağınız daha sağlam olar!

Qida eksperti Fərid Səfərov