“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC işğaldan azad olunmuş ərazilərdə meliorasiya və su təsərrüfatı kompleksinin bərpası, eləcə də inkişafı üzrə Dövlət Proqramı hazırlayıb.
Bunu qurumun İdarə Heyətinin sədr müavini Zakir Quliyev bildirib.
"Proqramın məqsədi Dağlıq Qarabağın ətrafındakı, uzun illər erməni təcavüzünə məruz qalmış ərazilərdə suvarılan torpaqların kənd təsərrüfatında istifadəsinə şərait yaratmaq üçün ilkin mərhələdə melioarsiya və su təsərrüfatı obyektlərinin təmir-bərpası ilə onların iş rejimlərinin bərpası, sonrakı mərhələdə bu obyektlərin müasir səviyyədə yenidən qurulmasına və inkişafına nail olmaqla idarə edilməsinin səmərəli təşkilindən ibarətdir. Bu il səhmdar cəmiyyəti meliorasiya və su təsərrüfatı obyektlərinin tikintisi, yenidənqurulması işlərinin davam etdirilməsi üzrə təkliflərini aidiyyəti qurumlara təqdim edib”, - o deyib.