IKT

06 May

"Bakı Şampan Şərabları" mənfəətdən zərərə keçib

“Bakı Şampan Şərabları” ASC 2020-ci ili 77 min manat zərərlə başa vurub. Halbuki şirkət 2019-cu ildə 6 min manat məbləğində xalis mənfəət əldə etmişdi.

Ötən il “Bakı Şampan Şərabları”nın sair əməliyyat gəlirləri 157 min manat (16,6% çox), kommersiya xərcləri 5 min manat (2,9 dəfə az), inzibati xərclər 59 min manat (4,9 dəfə çox), sair əməliyyat xərcləri 169 min manat (11,9% çox) təşkil edib.

Bu il yanvarın 1-nə “Bakı Şampan Şərabları”nın aktivləri 7,467 milyon manat olub ki, bu da, 1 il əvvələ nisbətən 0,8% çoxdur. Hesabat dövründə “Bakı Şampan Şərabları”nın öhdəlikləri 22,4% artaraq 753 min manata, balans kapitalı isə 1,1% azalaraq 6,714 milyon manata düşüb.

Xatırladaq ki, “Bakı Şəmpan Şərabları” ASC 2002-ci ildə yaradılıb.