IKT

05 May

"Sitrus bitkiləri gübrələnməsinin elmi-praktik əsasları" adlı yeni kitabı nəşr edilib

Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun "Sitrus bitkiləri gübrələnməsinin elmi-praktik əsasları" adlı yeni kitabı nəşr edilib.

Monoqrafiyada uzun müddət ərzində Lənkəran-Astara subtropik bölgəsində sitrus bitkilərinin gübrələnməsinin nəzəri və praktik məsələlərinin həllinə həsr edilmiş elmi-tədqiqat işlərinin tətbiqi materialları təqdim olunub.

Aqrar elmlər üzrə fəlsəfə doktoru Xalıqverdi Babayevin müəllifi olan kitabda sitrus bitkilərinin botaniki, bioloji, elmi-nəzəri və praktiki aspektləri, gübrələrin təsnifatı və növləri, dozaların optimallaşdırılması metodları, gübrələmə sistemi haqqında məlumatlar yer alıb.

Kitab sitrus bitkilərinin istehsalı ilə məşğul olan fermer və sahibkarlar, həvəskar bağbanlar üçün nəzərdə tutulub. Kitabdan, həmçinin meyvəçilik sahəsində çalışan mütəxəssislər və ali məktəb tələbələri də istifadə edə bilər.