IKT

05 May

Qaxda indiyədək 1350 hektar sahədə qarğıdalı əkilib

Bu il Qax rayonunun təsərrüfatlarında 1800 hektaradək sahədə qarğıdalı əkilməsi nəzərdə tutulur. Hazırda təsərrüfatlarda qarğıdalı əkini mütəşəkkil davam etdirilir. Fermerlər bu günədək 1350 hektar sahədə qarğıdalı əkiblər. Təsərrüfat sahibləri əkin zamanı Türkiyədə istehsal olunan yüksək məhsuldar toxum sortlarına üstünlük verirlər.

Bu barədə Qax Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Eyvaz Aslanov məlumat verib.

Qurum rəsmisi bildirib ki, indiyədək rayonun Güllük kəndində 200 hektar, Əlibəyli kəndində 180 hektar, Tasmalı kəndində 160 hektar, Qax Aqroparkının ərazisində isə 150 hektar sahəyə qarğıdalı toxumu səpilib.

Qeyd edək ki, qaxlı fermerlər ötənilki mövsümdə 1887 hektar qarğıdalı sahəsindən 15 min 909 ton məhsul əldə ediblər. Dən qarğıdalı istehsalı əvvəlki illə müqayisədə 3 min 151 ton artıb. Hər hektardan orta hesabla 84,3 sentner məhsul götürülüb.