IKT

03 May

Danimarka kənd təsərrüfatında zərərli tullantıları azaldır

“Euronews” agentliyinin yaydığı məlumata görə, Danimarka hökuməti zərərli tullantıları azaltmaq üçün ekoloji cəhətdən təmiz olan kənd təsərrüfatı texnologiyalarına qoyulan xərcləri artırmaq niyyətindədir.

Mənbənin məlumatına görə, danimarkalı mütəxəssislər hesab edirlər ki, kənd təsərrüfatı ətraf mühiti ən çox çirkləndirən sahələrdəndir. Məhz bu səbəbdən də ölkədə zərərli tullantılarla mübarizəyə xüsusi diqqət yetirilir və bu problemin həlli istiqamətində mühüm addımlar atılır.

Bu səbəbdən də rəsmi Kopenhagen tədqiqat və innovasiya sahələrinə dövlət subsidiyalarının 700 milyon krondan çox artırılmasına qərar verib. Danimarka hökuməti, həmçinin 1990-cı ilə nisbətdə zərərli tullantıları 2030-cu ilədək 70 faiz azaltmağa dair plan açıqlayıb. Bu da Avropa İttifaqına üzv dövlətlərin qarşısında qoyulmuş tapşırıqların 55 faizindən çoxdur.

Qeyd edək ki, təklif Danimarka parlamenti tərəfindən təsdiqlənərsə, karbonla zəngin olan torflu torpaqlarda əkinçiliyə qismən qadağa qoyulacağı gözlənilir. Eyni zamanda, bioqaz yanacağına keçid və kənd təsərrüfatında yeni texnologiyaların tətbiqinə həvəsləndirmə proqramı da nəzərdə tutulub