Bu ilin mart ayında Azərbaycan xarici ölkələrə 9,7 mln ABŞ dolları dəyərində meşə fındığı ixrac edib.
Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2021-ci ilin aprel sayında bildirilir.
Bu, 2020-ci ilin mart ayının göstəricisi ilə müqayisədə 4,4 mln ABŞ dolları və ya 31,2 % azdır.
Bu ilin yanvar-mart ayları ərzində isə Azərbaycan xarici ölkələrə 28,5 mln ABŞ dolları dəyərində meşə fındığı ixrac edib ki, bu da 2020-ci ilin ilk 3 ayı ilə müqayisədə 7,8 mln ABŞ dolları və ya 21,5 % azdır.