Avstraliyanın Monaş Universiteti alimləri alma yığımı üçün robot hazırlayıblar.
Cihaz alqoritmlərlə çalışan xüsusi kameralara malikdir. Onlar ağacı skan edir və robota pnevmatik dördbarmaqlı qolu ilə meyvələri yumşaq hərəkətlərlə dərməyə köməklik edir.
Robotun ağacdakı almaların 90%-ni “gördüyü” bildirilib. Yığım zamanı onun meyvələrin cəmi 6%-ni zədələdiyi qeyd olunub.
Bildirilib ki, cihaz tam qüvvəsilə çalışdıqda hər 7 saniyədə bir alma dərir.