IKT

28 Aprel

Cəlilabadda istixana şəraitində yetişdirilən kartofun yığımına başlanılıb

Bir neçə gündür Cəlilabad rayonunun Maşlıq, Muğan və Söyüdlü kəndlərində istixana şəraitində yetişdirilən kartofun yığımına başlanılıb.

Ölkəmizin cənub bölgəsində ən böyük kartof istehsalçısı olan Cəlilabad rayonunda sahələrdən yığılan faraş məhsul yerli bazarla yanaşı, xarici ölkələrə də ixrac edilir.

Maşlıq kəndindən olan fermer Nemət İslamovun sözlərinə görə, bu il qış aylarında havaların şaxtalı keçməsi məhsuldarlığa qismən də olsa, təsir edib. Ötən mövsümə nisbətən məhsuldarlıq aşağı düşüb.

Cəlilabad Rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun aparıcı məsləhətçisi Vüsal Əliyevin verdiyi məlumata görə, ötən il rayonda 5300 hektardan çox sahədə kartof əkilib, 140 660 ton məhsul yığılıb. Orta hesabla hər hektarda məhsuldarlıq 26 sentner təşkil edib. Bu il isə 5400 hektardan çox sahədə kartof əkilib.