İmişlidə cari təsərrüfat ilinin məhsulu üçün yazlıq bitki əkininə başlanılıb.
Rayon statistika idarəsinin rəisi Novruz Hüseynov bildirib ki, əkinə mütəşəkkil başlayan məhsul istehsalçıları qısa müddətdə 2 min 510,4 hektar sahədə yazlıq bitki əkini aparıblar. Əkin aparılan sahənin 2 min 305,7 hektarını yonca, 88 hektarını kartof, 59,7 hektarını tərəvəz, 17 hektarının bostan bitkiləri, 40 hektarını isə şəkər çuğunduru sahəsi təşkil edir. Əkinçilər, həmçinin 5 min 663,4 hektar sahəyə çiyid də səpiblər.
Qeyd edək ki, ötən il rayonda 7 min 923,4 hektar sahədə pambıq əkilib və 23 min 773,4 ton məhsul yığılıb.