IKT

27 Aprel

İsmayıllı rayonunda ilk dəfə şəkər çuğunduru əkilib

“İsmayıllı tərəvəzləri” MMC tərəfindən rayonda ilk dəfə 45 hektar sahədə şəkər çuğunduru əkilib.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirilib ki, şəkər çuğunduru səpilən ərazidə pivot suvarma sistemi tətbiq edilib. Səpin zamanı taltos elit toxumundan istifadə olunub. İlk dəfə olduğu üçün hər hektardan minimum 70 ton məhsul götürülməsi gözlənilir. Pivot suvarma sistemi tətbiq edilən ərazidə cəmiyyət 45 hektar sahədə dən üçün qarğıdalı səpinini də davam etdirir.

Qeyd edək ki, cari ildə rayon ərazisində 3000 hektardan çox yazlıq bitkilərin əkini nəzərdə tutulub. İndiyədək 28000 hektardan çox yazlıq, o cümlədən 900 hektarda kartof, 650 hektarda dənli paxlalılar əkilib.