IKT

23 Aprel

Bu il Samuxda süni mayalanma yolu ilə 175 baş buzov doğulub

Samux rayonunda bu ilin birinci rübündə elit törədicilərin toxumları ilə 364 baş iribuynuzlu mal-qara süni mayalandırılıb.

Rayon Statistika İdarəsindən bildirilib ki, heyvanların süni mayalandırılmasından 175 baş bala alınıb.

Ümumiyyətlə, 2014-cü ildən bəri rayonda süni mayalanmadan 9488 baş cins buzov doğulub. Aqrolizinq yolu ilə alınan cins mal-qaranın və süni mayalanmadan alınan buzovların hesabına rayonda cins mal-qaranın sayı yerli mal-qaranın sayını üstələyib.

Ötən ilin 1 aprel tarixinə rayonda iribuynuzlu mal-qaranın sayı 23529 başa, qoyun və keçilərin sayı isə 141090 başa çatıb.

Rayonda mal-qaranın cinsinin yaxşılaşdırılması heyvandarlıq məhsulları istehsalının artmasına təsir göstərib. Bu ilin birinci rübündə rayonda ət istehsalı (diri çəkidə) 1516 ton, süd istehsalı 8164 ton olub.