Birinci rübdə ölkəyə 48 min ton bitki və heyvan mənşəli piylər və yağlar idxal olunub.
Dövlət Gömrük Komitəsindən (DGK) bildirilib ki, idxal edilən bitki və heyvan mənşəli piylər və yağların dəyəri 62,8 milyon ABŞ dolları olub.
Xatırladaq ki, ötən ilin eyni dövründə 32 milyon dollarlıq 34,2 min ton bitki və heyvan mənşəli piylər və yağlar idxal edilib.