IKT

22 Aprel

Azərbaycan Gürcüstandan dəniz məhsulları idxal edəcək

Gürcüstanın Acarıstan bölgəsində fəaliyyət göstərən “Marikultura Georgia” şirkəti Azərbaycana dəniz məhsullarının ixracını planlaşdırır.

Bu barədə Gürcüstanın Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.

2020-ci ildə Kvariati kəndi yaxınlığında yaradılan müəssisədə dəniz mollyusku və ilbizi yetişdirilir. Məhsullar hələlik daxili bazarda reallaşdırılır. İstehsal həcminin artırılmasından sonra dəniz məhsullarının ixracı nəzərdə tutulub.

Azərbaycan, Ukrayna, Rusiya, Honkonq və Kanada Gürcüstandan bu məhsulların tədarükünə artıq maraq ifadə ediblər. Report