Cari il aprelin 1-i vəziyyətinə ölkə üzrə 2 milyon 660,8 min baş iribuynuzlu mal-qara, o cümlədən 1 milyon 286,9 min baş inək və camış, 8 milyon 279,2 min baş qoyun və keçi mövcud olub.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ötən il aprelin 1-nə nisbətən iribuynuzlu mal-qaranın sayı 2,5 min baş (0,1 faiz) artıb, qoyun və keçilərin sayı isə 106,8 min baş (1,3 faiz) azalıb.