Bu ilin yanvar-mart aylarında Gürcüstan Azərbaycandan ümumi dəyəri 167,5 min ABŞ dolları olan 562,2 ton təzə və ya soyudulmuş pomidor idxal edib.
Bu barədə ölkənin Milli Statistika İdarəsindən bildirilib.
Son iki ildə Azərbaycandan qonşu ölkəyə pomidor ixracında artım müşahidə olunur. Belə ki, ötən il Azərbaycandan qonşu ölkəyə pomidor 330,5 ton olmaqla may və dekabr aylarında ixrac olunub.
2019-cu ildə isə məhsulun ixrac həcmi 53,8 ton təşkil edib.