IKT

20 Aprel

Ağsuda cari ilin birinci rübündə 121 yeni iş yeri açılıb

Ağsuda cari ilin ilk üç ayında 121 yeni iş yeri açılıb.

Rayon statistika idarəsindən bildirilib ki, yeni açılan iş yerlərinin hamısı daimidir. Daimi iş yerlərinin 1-i mövcud idarə və müəssisələrdə, 120-si isə fərdi sahibkarlıq subyektlərindədir.

Qeyd edək ki, regionların sosial-iqtisadi inkişafına göstərilən dövlət dəstəyi, iqtisadiyyatın şaxələndirilməsi, sahibkarlar üçün yaradılan əlverişli şərait Ağsu rayonunda da yeni iş yerlərinin açılmasına, əhalinin məşğulluğunun artmasına imkan verir.