IKT

20 Aprel

Fermerlərin nəzərinə: Ödənişsiz təlim keçirilir

Taxıl biçininə hazırlıqla bağlı biçini həyata keçirən mexanizatorlara təlimlər davam etdirilir. İndiyə qədər “New Holland TC 4.90”, “New Holland TC 5.90 Hillside” kombayn mexanizatorları üçün təlimlər keçirilib. Aprelin 16-dan etibarən isə “Aqroservis” ASC tərəfindən Yevlax regional təlim tədris mərkəzində “Sampo” kombaynları üzrə daha 115 mexanizator təlimlərə cəlb olunub. Təlimlər 1 həftə davam edəcək.

Təlimlərin keçirilməsində əsas məqsəd cari ildə taxıl biçininin itkisiz və mütəşəkkil həyata keçirilməsi, texnikaların mexanizatorlar tərəfindən düzgün idarə edilməsinə nail olmaq, onların kombyanlara düzgün texniki xidmətin göstərilməsi, istismar zamanı baş verə biləcək nasazlığın aradan qaldırılması və təhlükəzlik qaydalarına düzgün riayət edilməsi ilə bağlı bilik və bacarıqlarını artırmaqdır.

Təlimlər istehsalçı zavoddan dəvət olunmuş yüksəkixtisaslı mütəxəssislər və “Aqroservis” ASC-nin müəllim heyəti tərəfindən videogörüntü və əyani vasitələrdən istifadə edilməklə interaktiv formada təşkil olunur. Mexnizatorlara kombaynın idarə olunması, təmir işlərinin aparılma qaydaları əyani nümayiş etdirilir. Təlimlərdə karantin rejiminin tələblərinə ciddi əməl olunur.

Qeyd edək ki, sertifikatı olmayan mexanizatorlarla “Aqroservis” ASC tərəfindən operativ lizinq müqaviləsi bağlanılmayacaq.