Bu ilin I rübündə Azərbaycan Rusiyanın Adıgey Respublikasının kənd təsərrüfatı məhsulları üzrə əsas idxalçı ölkələr sırasına daxil olub.
Bu barədə Rusiyanın Federal Gömrük Xidmətinin hesabatında qeyd olunur.
Hesabat dövründə respublikadan ümumilikdə 3,1 mln. ABŞ dolları dəyərində 3,2 min ton məhsul ixrac olunub. Bu müddət ərzində Azərbaycana 0,6 mln. dollar dəyərində məhsul ixrac olunub.