IKT

19 Aprel

Gürcüstan Azərbaycandan çay idxalını artırıb

Bu ilin yanvar-mart aylarında Gürcüstan Azərbaycandan ümumi dəyəri 1,109 milyon ABŞ dolları olan 180,6 ton çay idxal edib.

Bu barədə Gürcüstanın Milli Statistika İdarəsindən bildirilib.

Məlumata əsasən, məhsulun həcmində illik müqayisədə 9 ton və yaxud 5,2 % artım qeydə alınıb.

Hesabat dövründə Gürcüstandan Azərbaycana 522,2 min ABŞ dolları dəyərində 75,4 ton çay ixrac olunub. Report