IKT

16 Aprel

İsmayıllıda 2 min hektardan çox sahədə yazlıq bitkilər əkilib

İsmayıllı rayonunda yazlıq bitkilər əkini davam edir və artıq 2 min hektardan çox sahədə səpin aparılıb.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirilib ki, artıq 600 hektardan çox sahədə dənli-paxlalı bitkilər, 800 hektara yaxın kartof, 100 hektarda dən üçün qarğıdalı və sair bitkilər əkilib.

Yazlıq əkinlər rayonun əksər ərazilərində, xüsusilə Qalagah, Ruşan, Soltankənd, Qubaxəlilli, Diyallı və bir sıra digər ərazi dairələrində daha mütəşəkkil aparılır.

Qeyd edək ki, cari mövsümdə bölgədə 3 min hektara yaxın sahədə yazlıq bitkilər əkini proqnozlaşdırılır.