IKT

16 Aprel

Rusiya şirkəti Azərbaycana kənd təsərrüfatı texnikası tədarük edəcək

Rusiyanın "Rostselmaş" şirkəti 2021-ci ildə Azərbaycana 80-dən çox qoşqu və asma texnikası tədarük edəcək. Bu məhsulun 60 faizi artıq yola salınıb.

Fins.az bu barədə "Rosspetsmaş" assosiasiyasının məlumatına istinadən bildirir.

Assosiasiyanın məlumatında qeyd olunur ki, Azərbaycanda şirkətin kombaynlarına və TUKAN çeşidləyici maşınlarına tələbat var:

"2020-ci ildə şirkət Azərbaycana taxıl emalı və yemhazırlama maşınları tədarük edib. Azərbaycanlı tərəfdaşlarımız bu texnika ilə yanaşı, "SH Rostselmaş" səpin komplekslərinə də maraq göstərib".