Bu ilin birinci rübündə Yardımlı rayonunda iribuynuzlu mal- qaranın sayı 28988 baş, o cümlədən inək və camışların sayı 14825 baş, davarların sayı isə 88096 baş olub. Bu müddətdə rayonda 5791 sentner ət, 61494 sentner süd, 1 milyon 200 min ədəd yumurta istehsal edilib.
Bu barədə Yardımlı Rayon Statistika İdarəsindən məlumat verilib.
Bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə iribuynuzlu mal-qaranın sayı 41, inək və camışların sayı 35, davarların sayı isə 131 baş artıb.
Üç ay ərzində rayondakı süni mayalandırma məntəqəsində 71 baş inək, camış və düyə süni yolla mayalandırılıb. Bu ilin əvvəlindən heyvanların süni mayalanmasından alınan balaların sayı 47 baş olub.