IKT

13 Aprel

Salyanda 3 min hektardan çox sahədə yazlıq bitki əkini aparılıb

Salyanda yazlıq bitki əkini davam edir. Əkinə vaxtında və mütəşəkkil başlayan fermerlər dövlətin məhsul istehsalının artırılması ilə bağlı əkinçilərə göstərdiyi dəstəkdən və verilən əlavə subsidiyalardan yararlanaraq 3314,5 hektar sahədə yazlıq bitkilər əkini aparıblar ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 310 hektar çoxdur.

Rayon statistika idarəsinin rəisi Elnur Hüseynov bildirib ki, əkin aparılmış sahələrin 4,5 hektarını qarğıdalı, 2398 hektarını təzə yonca, 340 hektarını kartof, 346 hektarını tərəvəz, 226 hektarını isə bostan bitkiləri təşkil edir.

Hazırda torpaq mülkiyyətçiləri sahələrdən bol məhsul götürmək üçün becərmə işləri aparır, bitkilər yemləmə gübrəsi və suvarma suyu ilə təmin olunur, alaq otlarından təmizlənir