Masallı rayonunda heyvandarlıq kənd təsərrüfatının aparıcı sahələrindəndir. Son illər rayonda mal-qaranın cins tərkibinin süni mayalandırma yolu ilə daha məhsuldar heyvanlarla dəyişdirilməsi istiqamətində məqsədyönlü iş aparılır.
Masallı Rayon Statistika İdarəsindən verilən məlumata görə, təkcə bu ilin ilk üç ayında rayonda 532 baş inək və düyə süni yolla mayalandırılıb, 617 baş cinsi yaxşılaşdırılmış bala alınıb.
Qeyd edək ki, Masallı rayonunda hazırda 5 süni mayalandırma məntəqəsi fəaliyyət göstərir. Bu məntəqələrdə təcrübəli, peşəkar mütəxəssislər işləyirlər. Doğulan hər buzova görə dövlət tərəfindən verilən subsidiyalar fermerlərin və fiziki şəxslərin bu sahəyə marağını artırıb.